Başqa şəhərə iş gəzintisinə gəlmiş iki şəxs gecələyəcəkləri mehmanxanada boş otaq olmadığından eyni otaqda qalmalı olurlar.
Gecə otaq yoldaşının bronxial astma xəstəsi olduğunu bilməyən digər yoldaş, onun öskürək səsinə yuxudan oyanır. Xəstə kişi gec bəlayla otaq yoldaşına nəfəs ala bilmədiyini söyləyir və pəncərəni açmasını xahiş edir. Otağın işığını yandırmağa çalışan yoldaşı, tərslikdən işıqların yanmadığını görür və əlacsız şəkildə otağın pəncərəsini tapmağa çalışır. Əlinin şüşəyə dəydiyini hiss edən kimi, pəncərəni aça bilməyəcəyini görüb, otaq yoldaşının vəziyyətinin ağırlaşmasına tab gətirməyərək pəncərəni sındırır. Sınaraq döşəməy tökülən şüşə qırıntılarının səsini eşidən xəstə kişi dərindən nəfəs alaraq, yoldaşına təşəkkür edir və otağa dolan havanı ciyərlərinə çəkərək gözlərini yumub yatmağa çalışır.
Ertəsi səhər yuxudan oyanan yoldaşı gecə qaranlıqda sındırdığı şüşənin pəncərə şüşəsi yox, güzgü olduğunu görərək mat məəttəl qalır...
İnanmaq qazanmağın yarısıdır.